Güclü külək Daşkəsəndə fəsadlar törətdi

Güclü külək Daşkəsəndə fəsadlar törətdi

Ötən gün Daşkəsən rayonu ərazisində güclü küləyin əsməsi nəticəsində çoxmərtəbəli və fərdi yaşayış binalarının, sosial-inzibati binaların dam örtüyünə, elektrik, rabitə və qaz təsərrüfatına ziyan dəyib.

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, külək bir neçə çoxmərtəbəli yaşayış binasının dam örtüyünü tamamilə uçurub, bəzi binaların və fərdi evlərin dam örtüyünə isə qismən zərər dəyib.

Rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə, küləyin sürəti saniyədə 30-35 m təşkil edib.

Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və S.Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə uçub.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilib. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanın həcmi müəyyənləşdirilir və daxili imkanlar hesabına yaranmış problemin  aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

DOSYE.ORG

 

COMMENTS