Gürcüstanda ötən gün baş verən güclü zəlzələ nəticəsində Dmanisi rayonunun Şahmarlı kəndinin sakini Şaban Qocayevin evinə ciddi ziyan dəyib.
DOSYE.ORG Report-a istinadən xəbər verir ki, fərdi yaşayış evinin divarı uçub.
Dmanisi meri Koba Muradaşvili Şahmarlı kəndinə baş çəkib.
O bildirib ki, xüsusi komissiya evin dayanıqlığını yoxlayacaq, dəymiş ziyan da hesablanacaq və Qocayevlər ailəsinə kompensasiya ödəniləcək.
Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Dmanisi yaxınlığındakı Sameba kəndində olub.
COMMENTS