Finala kimi artıq gücüm tükənmişdi. Dözümüm çatmadı, səhvə yol verdim, ona görə də finalda uduzdum.
Bunu bu gün Avropa Oyunlarında sambo yarışlarında Azərbaycana ən ağır çəkidə (+100 kq) gümüş medal qazandıran Vasif Səfərbəyov deyib.
Bununla belə V.Səfərbəyov Avropa Oyunlarında medal qazanmağı ilə fəxr etdiyini deyib: “Mən gənclər arasında Avropa çempionu, iki dəfə isə Avropa üçüncüsü olmuşdum. Amma indi çox şükür ki, birinci Avropa Oyunlarında gümüş medal qazanmışam. Bu, tək mənim üçün, bütün komandamız üçün böyük fəxrdir. Heç gözləmirdik ki, belə nəticə göstərək”.
Qeyd edək ki, V.Əmirbəyov finalda Rusiya samboçusu, üçqat dünya çempionu Artyom Osipenko qarşılaşıb.
COMMENTS