Top.Mail.Ru

Gülər Əhmədovanın silahlı oğlu neçə il cəza alacaq? – Foto

Gülər Əhmədovanın silahlı oğlu neçə il cəza alacaq? – Foto

Sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov 3 ilədək müəədtə həbs edilə bilər.

Axar.az xəbər verir ki, hazırda G.Əhmədovanın oğlunun ittiham olunduğu maddənin cəza müddəti bu qədərdir. Belə ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə edən, başqasına verən, satan, saxlayan, daşıyan və ya gəzdirən şəxsi iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Toğrul Əhmədov 9 fevral tarixində saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 9 fevral tarixində Bakı şəhər sakini Toğrul Əhmədovun idarə etdiyi avtomobildən tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirib. Axtarış nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi BMV markalı avtomobildən “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.

DOSYE.ORG

COMMENTS