Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum olub

Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum olub

Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəməsinin vaxtı məlum olub.

APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-ə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

DOSYE.ORG

COMMENTS