Güləşçimiz yarımfinalda

Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatı davam edir.

 

Yarışın III günüdə qadın güləşçilərimiz döşək üzərinə çıxıblar. 60 kq çəki dərəcəsində Yuliya Rakteviç 1/8 finaldan mübarizəyə qoşulub və ilk görüşündə isveçli güləşçi Yohanna Matsonu 4-3 hesabı ilə məğlub edib. ¼ finalda Ratkeviçin rəqibi kanadalı Fazzari olub. Təmsilçimiz bu mərhələni də qələbə ilə başa vurub və rəqibi üzərində 8-4 hesablı qələbə qazanıb.

Digər təmsilçimiz Mariya Stadnik isə yarışa 1/16 final mərhələsindən qoşulub. İlk görüşündə Mariya Böyük Britaniyadan olan güləşçi Ratiggana 11-0 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə güləşçimiz çinli idmançı Çun Leyi 7-0 hesabı ilə məğıub edərək ¼ finalada adlayıb.(Qafqazinfo)

COMMENTS