Top.Mail.Ru

Gülay Zeynallı: “Kamilə hər zaman dəstəyəm” – VİDEO

Gülay Zeynallı: “Kamilə hər zaman dəstəyəm” – VİDEO

“Bu dəqiqə əgər xoşbəxt deyiləmsə, depressiyaya düşə bilərəm. Lakin dostlarım, övladım və valideynimlə danışsam, kefim düzəlir. Özümü xoşbəxt hiss edəndə depressiyadan çıxıram”.
Dosye.org xəbər verir ki, bunu məşhur müğənni Gülay Zeynallı “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramında deyib.
Yazdığı statusu ilə sosial media izləyicilərinin dilinə düşən sənətçi, həmin statusu mayın 12-si karantin qaydalarını pozub 10 sutkalıq həbs olunan, mayın 22-si isə azadlığa çıxan həyat yoldaşı, idmançı Kamil Zeynallıya həsr etdiyini bildirib:
“Kamil övladımın atasıdır. Hər zaman onu dəstəkləyirəm. “Instagram”da yazdığım status Kamilə aid idi. Paylaşımımla ona dəstək olduğumu bildirdim. Lakin başqa cür yozuldu. İnsan içindən keçənləri reklam eləmək məcburiyyətində deyil. Paylaşımımı kimsə anladı, kimsə anlamadı. Başqa yerə yönəltdilər. Bu da onların öz fikirləridir”.
Qeyd edək ki, sosial mediada uzun müddətdir idmançı Kamil Zeynallı ilə Gülay Zeynallının boşandığı haqqında məlumatlar dolaşır. Lakin cütlük bu xəbərlərin yalan olduğunu bildirərək, inkar edirlər. Onların Sahilə adlı bir qız övladı var.
DOSYE.ORG

COMMENTS