Günayın keçmiş əri evləndi

Günayın keçmiş əri evləndi

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel ikinci dəfə ailə həyatı qurub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bir müddətdir bərabər olduğu amerikalı sevgilisi Sarah Skotti ilə nigaha daxil olub. Dominik Respublikasındakı Playa Las Ballenas adasında keçirilən toyda, cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.

Xatırladaq ki, Tolqa Karel 2011-ci ilə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə ailə həyatı qurub. Onların Cahagir Can adında bir oğlu var. Günayla Tolqa 2014-cü ilə boşanıb.

COMMENTS