Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb

Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.

Gununsesi.info bildirir ki, bu barədə Azadlıq Radiosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verərək bildirib ki, cinayət işi fakt üzrə başlanıb, konkret kiməsə qarşı ittiham irəli sürülməyib.

“İstintaq gedir”

CM-in 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə başlanmış cinayət işinin istintaqının Bakı şəhər Baş Polis İdarəsində aparıldığı bildirilir: “Artıq tərəflərin hər ikisinin iştirakı ilə bir sıra istintaq hərəkətləri həyata keçirilib, üzləşmə olub. İstintaq davam edir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Azadlıq Radiosuna cinayət işi başlandığını təsdiqləyib: “Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək”.

Vəkil Zibeydə Sadıqova istintaq sirri olduğunu əsas gətirərək bu barədə danışmaq istəməyib.

Günel Həsənli özü də onun iştirakı ilə müəyyən istintaq hərəkətləri aparıldığını təsdiqləsə də, detalları açıqlamayıb.

DOSYE.ORG

COMMENTS