Top.Mail.Ru

Gürcü prezident xarici səfərləri ləğv etdi

Gürcü prezident xarici səfərləri ləğv etdi

Gürcüstan prezidenti Salome Zurabişvili dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq xarici səfərlərini ləğv edib.

Report xəbər verir ki, dövlət başçısının Bolqarıstan, Ukrayna və Belçikaya planlaşdırılan səfərləri ləğv olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 740-a çatıb. Bunların 64 752 nəfəri sağalıb, 4 095 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

DOSYE.ORG

COMMENTS