Top.Mail.Ru

Gürcüstan Dağlıq Qarabağda keçirilmiş “seçkilər”i tanımır

Gürcüstan Dağlıq Qarabağda keçirilmiş “seçkilər”i tanımır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş “prezident və parlament seçkiləri”ni tanımır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Gürcüstan XİN Azərbaycanın suverenliyinə və ərazi bütövlüyün dəstəyini bir daha ifadə edir və 2020-ci il martın 20-də Dağlıq Qarabağda keçirilmiş “prezident və parlament seçkiləri”ni tanımır.

Qeyd olunur ki, Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sül yolu ilə nizamlanmasını dəstəkləyir.

DOSYE.ORG

COMMENTS