Gürcüstan MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb- YENİLƏNİB

Gürcüstan MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb- YENİLƏNİB

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

Dosye.org-un  yerli bürosunun verdiyi xəbərə görə, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bu vaxta qədər seçki məntəqələrinin yarısından çoxu üzrə səsvermə nəticələrini elan edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili 58,11%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,89% qazanıb.

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edir.

Dosye.org

COMMENTS