Gürcüstan polis əməkdaşlarının Polşaya girişi qadağan edildi

Gürcüstan polis əməkdaşlarının Polşaya girişi qadağan edildi

Polşa Gürcüstanın hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşının ölkəyə girişinə qadağa qoyub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN sanksiya tətbiq olunan şəxslərin adlarını açıqlamayıb. Həmin şəxslərin Gürcüstanda etirazçılara qarşı güc tətbiq edilməsində məsuliyyət daşıdıqları qeyd olunub.

“Polşa Gürcüstan cəmiyyətinin Avropayönlü istəklərini dəstəkləyir”, – nazirliyin məlumatında vurğulanıb.

COMMENTS