Gürcüstan politoloqu Arçi Çikoidze: “Nemtsovu amerikalılar qətlə yetirdi”

“Hesab edirəm ki, Nemtsovu amerikalılar qətlə yetirdi”.

Bunu dosye.org-a açıqlamasında gücrü politoloqu Arçi Çikoidze Boris Nemtsovun qətlində Qərbin əlinin olub-olmamasından danışarkən deyib. Onun sözlərinə görə, Boris Nemtsov bir siyasətçi kimi müflis olmuşdu: “Onun Rusiya ictimaiyyəti arasında heç bir nüfizi və reytinqi yox idi. Amerikalılar da əbəs yerə onu yemlımık istımirdilər. Ona görədən onu aradan götürdülər. İndi onların əsas məqsədi Rusiyada vəziyyəti kontroldan çıxarılmasını təmin etməkdir. Amma onların bu cəhdləri də puç olacaq. çünki bu gün Rusiya cəmiyyəti belə bilir ki, Nemtsovun qətli sadəcə Amerikaya sərf edirdi. Putin üçün nemtsov müxalifətin ən yaxşı siması idi. Bir daha təkrara edirəm, Nemtsovun cəmiyyət arasında heç bir nüfuzu yox idi”.

Politoloq İlqar Altay : “Nemtsov isə hələ hakimiyyətə gəlməmiş bir nömrəli müxalifətçi və Putinin tutarlı rəqibi olmaqla yanaşı, Rusiya prezidentliyinə baş namizəd hesab olunurdu”

“Mən Kliçko ilə Nemtsovu siyasi müstəvidə bir sıraya qoymazdım”. Bunu dosye.org-a açıqlamasında politolqo İlqar Altay Nemntsovun da Qərbin uğursuz Kliçko layihəsi adlandırmaq olarmı sualına cavab verərəkən deyib. Onun sözlərinə görə, yaxşı boksyor hələ yaxşı siyasətçi demək deyil: “Nemtsov Rusiya kimi böyük bir ölkənin həqiqi müxalifət lideri idi. O xüsusi talantlı ictimai xadim idi. Bunu onun rəqibləri olan Kreml hakimiyyəti də etiraf edir. Kliçko onun üzvü olduğu qüvvələr hakimiyyətə gəldikdən sonra maksimum Kiyevin meri vəzifəsinə layiq görüldül. Nemtsov isə hələ hakimiyyətə gəlməmiş bir nömrəli müxalifətçi və Putinin tutarlı rəqibi olmaqla yanaşı, Rusiya prezidentliyinə baş namizəd hesab olunurdu. Təbii ki, bu səbəbdən Nemtsovun ölümü Qərb və bütün demokratik dünya üçün böyük itkidir. Bu qətl birinci növbədə Rusiyanın işıqlı gələcəyinə zərbədir. Ancaq tarix Rusiyanın bir imperiya kimi dağılıb onun yerində sivil demokratik cəmiyyətin qurulması yönündədirsə, bunun qarşısını heç kəs və heç nə ala bilməz. Tarix özü bu missiyanın həyata keçirilməsi üçün yeni Nemtsovlar yaradacaq. Putin özünün səhv və Rusiyanı dağıdıcı siyasətini davam etdirdikcə, Qərb üçün Nemtsovlar üzrəində yeni planlar qurmaq çətin olmayacaq”.

COMMENTS