Gürcüstan Prezidenti etirazçıları dəstəklədi

Gürcüstan Prezidenti etirazçıları dəstəklədi

Mən kədərlənən gənclərə müraciət etmək istəyirəm ki, parlamentin qapılarını tərk edin, daha orada heç nə baş vermir, bu qanun artıq ikinci oxunuşda qəbul olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz aksiyası iştirakçılarına videomüraciətində bildirib.

S.Zurabişvilinin sözlərinə görə, indi “döyüş” xətti “Xarici təsirin şəffaflığı haqqında” qanun üzərində deyil, seçkilər üzərindədir: “Bu axşamkı hadisələri saraydan izləyəcəyəm və dəfələrlə dediyim kimi sizinləyəm. Bütün dünya bizi izləyir və bugünkü çıxışlar gürcü xalqının əhval-ruhiyyəsini, münasibətini, məqsədyönlülüyünü göstərir ki, bu, bizim üçün ən böyük gücdür. Gürcüstan heç vaxt Rusiya olmayacaq”.

“Eyni zamanda, bu gün bizimlə olan gənclərə müraciət etmək istəyirəm ki, artıq heç nə lazım deyil. Parlamentin qapılarını buraxın, daha orda heç nə olmur. Bu qanun artıq ikinci oxunuşda qəbul olunub və bizim mübarizəmiz artıq praktiki olaraq bu qanun deyil. Mübarizəmiz seçkilərlə bağlı, hökumətin son vaxtlar qəbul etdiyi və bizi Avropadan uzaqlaşdıran bütün qanunların ləğvi ilə bağlıdır. Bu, məqsədimizdir, bibər qazının buraxılmasından və zorakılıqdan başqa heç bir şey qapıda həll edilməyəcək.

Biz bunu təhrik etməyə ehtiyac duymuruq, çünki şübhəsiz ki, zorakılıqla qarşılaşmalı olacağıq. Rustaveli prospektində dinc olaq, orada Gürcüstanın nə olduğunu və ölkə gənclərinin nəyə qadir olduğunu bir daha dünyaya göstərəcəyik”, – S.Zurabişvili əlavə edib.

COMMENTS