Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Ermənistan vətəndaşları Gürcüstanda narkotik keçirməyə cəhd edərkən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Novosti-Qruziya” Gürcüstanın Daxili İşlər Nazirliyin istinadən məlumat yayıb.

Qeyd edilir ki, sərhəd polisi nəzarət-buraxılış məntəqəsindən yan keçməklə Gürcüstana narkotik keçirməyə cəhd edən iki Ermənistan vətəndaşını saxlayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Sadaxlo keçid məntəqəsi yaxınlığından dövlət sərhədini qanunsuz keçərək, 12 kisə “Alfa-PVP” narkotik vasitəni Gürcüstana keçiriblər. Təqsirləndirilən şəxslərin 24 və 28 yaşları var.

Faktla bağlı bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz keçmə, habelə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə gətirilməsi ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, bu cinayətləri törədənlər 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

DOSYE.ORG

COMMENTS