Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadıldı

Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadıldı

Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin uzadılması barədə sərəncam imzalayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sərəncama əsasən, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılıb.

S.Zurabişvili, eyni zamanda ölkə vətəndaşlarına müraciət edərək onları evdə qalmağa, qayda və qanunlara, tövsiyələrə əməl etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda bu günədək 370 nəfər koronavirusa yoluxub. Onlardan 79-u müalicə olunub, 3 nəfər isə dünyasını dəyişib.

DOSYE.ORG

COMMENTS