Gürcüstanda kütləvi etirazlar hələ də davam edir

Gürcüstanda kütləvi etirazlar hələ də davam edir

Gürcüstanda dünəndən başlayan kütləvi etiraz aksiyası bu gün də paytaxt Tbilisidə davam edir. 

DOSYE.ORG xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin qarşısına 10 mindən çox insan toplaşıb.

Xatırladaq ki, çərşənbə axşamı Gürcüstan parlamenti gözlənilmədən “xarici agentlər” haqqında Rusiya qanunvericiliyinə bənzəyən, Qərbin təsirini məhdudlaşdırmaq məqsədi daşıyan qanunu birinci oxunuşda qəbul edib. Bütün bunlar parlamentin yaxınlığında kortəbii etirazlara və qarşıdurmalara səbəb olub, polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

COMMENTS