Top.Mail.Ru

Gürcüstandan erməni jurnalistlərə sərt qadağa – Tiflis və İrəvan üz-üzə

Gürcüstandan erməni jurnalistlərə sərt qadağa – Tiflis və İrəvan üz-üzə

“Ermənistan Xarici İşlər Nazirliyi erməni jurnalistlər üçün Gürcüstan ərazilərinə giriş qadağasının olduğundan xəbərdardır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib.

Jurnalistlərlə keçirdiyi brifinqdə Anna Nağdalyan Ermənistanda fəaliyyət göstərən “Epress” saytının jurnalistlərinin Gürcüstana buraxılmaması haqda açıqlama verib:

“Məsələ ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyini məlumatlandırmışıq. Gürcüstan tərəfindən aydınlıq gözləyirik”.

Oktyabrın 11-də Gürcüstan-Ermənistan sərhədində Ninotsminda-Bavra keçid məntəqəsində 4 saatdan çox saxlanıldıqdan sonra “Epress” saytının jurnalistlərinin Gürcüstana girişinə icazə verilmədiyi bildirilmişdi.

DOSYE.ORG

COMMENTS