Həkimdən əhaliyə ÇAĞIRIŞ: “İkiqat maska taxın!” – Video

Həkimdən əhaliyə ÇAĞIRIŞ: “İkiqat maska taxın!” – Video

“Omikron” ştammının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”.

DOSYE.ORG xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilinə açıqlamasında həkim Mədinə Abdullayeva deyib.

O bildirib ki, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir:

“Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”.

DOSYE.ORG

COMMENTS