Misirin Alwafd saytı fevralın 24-də özünün axşam xəbərlərinin birində məlumat yayıb ki, yaxın saatlarda HƏMƏS təşkilatı İŞİD terror təşkilatına qoşulmaq barədə qərarını elan edəcək. Musavat.com xəbər verir ki, bu zaman nəşr “Müsəlman qardaşları”nın gənclər qanadının sosial şəbəkələrdə yaydığı məlumata əsaslandığını bildirib.

Öz növbəsində “Müsəlman qardaşları” iddia edir ki, HƏMƏS İŞİD lideri, “xəlifə” Abu Bəkr əl-Bağdadiyə biyət andı içəcək – hansı addımı ki, artıq Yəməndəki, Liviyadakı və Misirdəki qruplaşmalar atıb.
Xəbərdə o da qeyd edilir ki, Fələstin qruplaşmasının İŞİD-ə qoşulması üzrə danışıqları HƏMƏS Siyasi Bürosunun başçısı Xalid Maşal tərəfindən aparılıb.
Ancaq bəllidir ki, HƏMƏS şiələrin təşkilatıdır. İŞİD isə şiələri kafir elan edib. Ən maraqlısı da elə budur.
COMMENTS