“Sent-Etyen”ə vurduğum qolu şişirtməyə dəyməz. Bu, mənim işimdir. Həm də qolu mən tək vurmamışam. Bunda bütün komanda yoldaşlarımın payı var idi”.
Qol.Az-ın xəbərinə görə, Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.
V.Nadirov Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”in qapısından keçirdiyi qoldan sonra göz yaşlarını saxlaya bilməməsinin də səbəbini açıqlayıb:
“Qoldan sonrakı göz yaşlarım həm Ağdamın yoxluğu, həm də atamın şəhid olması ilə bağlı idi. Bir anlıq özümü saxlaya bilmədim və kövrəldim”.
COMMENTS