Top.Mail.Ru

Həmsədrlər Qarabağdakı “seçkilər”in nəticələrini tanımır

Həmsədrlər Qarabağdakı “seçkilər”in nəticələrini tanımır

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanat yayıblar.
Azvision.az -ın məlumatına görə, həmsədrlər diqqətə çatdırıblar ki, onlar martın 31-də işğal altında olan Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımırlar.

Qeyd olunub ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə, eləcə də başqa ölkələr tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır. Bu mənada, həmsədrlər qanunsuz “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini vurğulayıblar.

DOSYE.ORG

COMMENTS