Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi də işdən çıxarıldı

Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi də işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyində sabiq nazir Eldar Mahmudov və onun bir sıra “silahdaş”larının vəzifələrindən kənarlaşdırılması ilə başlamış islahatlar davam edir.

Məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov işdən azad edilib və sərəncama götürülüb.

Nizami Şirinov sabiq nazir Eldar Mahmudovun ən “etibarlı” kadrlarından biri sayılırdı və o, məhz E.Mahmudovun təqdimatı ilə 2007-ci ilin martın 27-də vəzifəyə təyin olunmuşdu.

Yeni vəzifəsində ilk iş günündə o, MTN-nin 69 nəfər təcrübəli əməkdaşını vəzifələrindən kənarlaşdırmışdı.

N.Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi vurğulanır.

COMMENTS