Hərbi hissədə əsgərin anasına qarşı əxlaqsızlıq

Mənim oğlum əsgərdir, Cəlilabaddaki hərbi hissələrdən birində xidmət edir.

 

Beş ay bundan əvvəl oğlum Zaur Vuqar adli gizirlərin tapşırıqı ilə döyülüb. Mən bunu biləndən sonar onlara müraciət etdim, əvəzində isə onlardan çirkin təkliflərlə dolu mesajlar aldim.

 

Təkliflərinə cavab almadiqlarindan oğluma qarşi daha pis davrandilar və ona tələ qurdular. Mənə zənglər gəldi ki, guya oğlum kimisə döydüyünə görə ona cinayət işi açilib. Mənə elə gəlir ki, oğlumun belə incidilməsinin səbəbi mənə edilən təkliflərə istədikləri cavabi almamalari və onlar haqqinda facebook sosial şəbəkəsində tənqidi statuslar paylaşmağimdir. Mən övladimi atasiz böyüdürəm.

 

Əsgər anasina edilən bu çirkin təklif və haqsızlıqların mediada işiqlandırılmasını və günahkarlarin cəzalandırılmasından mənə yardımcı olmaqı sizdən xahiş edirəm. Mənim oğlumdan başqa hec kimim yoxdur, oğlumun da məndən başqa. Hərbi hissədə onu təhdid edirlər ki, sən əsgər yoldaşını döydüyuünuü boynuna al, onsuz da yetimsən, buna görə sənə heç nə etməyəcəklər.

 

Mən Dövlət başçımızı hər zaman dəstəkləyən, vətənini sevən bir anayam, ona görəmi əsgər anasına bu qədər sitəm edilir? Mənim günüm göz yaşi tökməklə keçir. Bir neçe gün əvvəl Elçin Quliyevin qəbuluna getdim, özü yerində olmadığı üçün məni Vəli adlı bir nəfər qəbul etdi, məni dinlədi və məlumatçün harasa zəng etdi, ona cavab verdilər ki,oğlum Turanin işində cinayət işi olmadiği ücün iş bağlanıb.

 

Bu günsə yenidən mənə zəng edib deyir ki, yox, məhkəmə olacaq. Mən də ona dedim ki, mənə qarşı dünən edilən bu haqsızlıqlar başınızda qırılacaq, o zabitlər kimdi ki, mənə çirkin mesajlar, təkliflər etsinlər, o dedi ki, tədbir görərik, ancaq yalandan məni yola verirdi. Mən bilirəm ki, onlar özləri hər şeyi çox gözəl bilirdi, bu gün onada sözümü dedim ki,biz yiyəsiz deyilik.

 

Mənim əsgər oğluma edilən zülmlər Mehriban xanıma, Elçin Quliyev cənab Prezidentimizə, Bakı herbi prokurorluğuna cənab Eldar Mahmudov nazirimizə məlumat verəcəm. Bəsdirin, bu oyunlarla mənə və oğluma nə çirkin əməllərinizi açıqlayacam. Hər kəs bilməlidir ki,bu gün mənim başıma gələnləri, çünki bunlar sabah hər kəsin başına gələ bilər.

 

Dövlətimiz onlara yaratdığı hər səraitdən bu gün bəziləri qudurub, harınlayıblar və heç kəsdən qorxmadıqlarını deyirlər. Mənim arxamda duran müqəddəs Allahım və cənab Prezidentimdir. Təki bu göz yaşlarım və əsgər oğlumun göz yaşları yerdə qalmasın. Mən igid və mərd övlad böyütmüşəm, məni tanıyanlar yaxşi bilir bunu.

 

O, fəhləliklə mənə pul gətirirdi, 8-bazarında araba sürürdü mənə əziyyətnən pul gətirirdi.İndi oğluma edilən bu haqsızlıqlara dözə bilmirəm, bu mənə və oğluma edilən təxribatın sifarişçiiləri tapılmalıdır, mən ancaq göz yaşlarımla Allaha yalvarıram, dua edirəm mənə qarşı bu şərəfsiz hərəkəti edən satqınlar tapılmalıdır.

 

Hər kəs bunu görsün ki,tək bir Anaya edilən haqsızlıqlar mərd ogullarımızın sayəsində aşkara cıxsın və şərəfsizlər cezalarini alsınlar, insAllah. Onlar mənə deyirdilər ki, nə edirsən et, onsuz da heç nə əldə edə bilməyəcəksən.

 

Bunlar yetim haqqına çox göz tikiblər, arxaları kimə bağlıdır deyə bilmərəm, ancaq mən onu deyə bilərəm ki, bu esgər ovladım bir Allaha, bir də Azərbaycanın mərd oğlu cənab Prezidentimə sıgınıb. Allah oğlumun göz yaşını, Ananın acılarını yerdə qoymasın, sifariş verənlər tapılsın, mən bunu istəyirəm.

Qarşı tərəfin fikrini dərc edə bilərik.

 

Carçı.az

COMMENTS