Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.  

Bu barədə Teleqraf.com-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumata verilib.  

Həmin tədris müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəzərinə çatdırılır ki, imtahana buraxılış vərəqələri iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

COMMENTS