Burkino-Fasonun prezidenti Blez Kompaoreni hərtbçilər deviriblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ordu generalı Onore Traore rəsmən bəyan edib.
Ölkədə bir neçə gün əvvəl kütləvi iğtişaşlar başlayıb. Buna səbəb isə prezidentin Konstitusiyaya ona yenidən seçilmək hüququ verən dəyişiklik etmək cəhdi olub. Nümaişçilər oktyabrın 30-da ölkə parlamentin və hökumət binalarını yandırıblar. Kampaore qarşıdurmalara cavab olaraq hökuməti buraxıb və fövqəladə vəziyyət elan edib. Burkino-Faso müxalifəti Kampaoreni yubanmadan istefaya çağırıb, o isə bu addımı atmaqdan imtina edib.
Kampaore Qərbi Afrikanın bu ölkəsinə 1991-ci ildə prezident seçilib.
COMMENTS