“Hətta Klinsman da belə mərhələdən keçib” – İdman direktoru Musa haqda

“Hətta Klinsman da belə mərhələdən keçib” – İdman direktoru Musa haqda

“Yurqorden”in idman direktoru Bosse Andersson azərbaycanlı hücumçusu Musa Qurbanlı haqqında danışıb.

QOL.az “Fotbolldirekt”ə istinadən xəbər verir ki, o, Musa kimi futblçulara həmişə marağın olduğunu söyləyib: “Biz Musanı alanda artıq çoxları onunla maraqlanırdı. Belə bir oyunçuya maraq həmişə var”.

Direktor CİES-in Azərbaycan millisinin üzvünü 3 milyon 400 min avro dəyərində qiymətləndirdiyi barədə məlumatlara da münasibət bildirib: “Bu məbləği konkret hesablamaq çətindir. Amma Qurbanlının gələcəyini zaman göstərəcək. Bu məsələdə çoxlu müxtəlif məlumatlar var. Lakin dəyərin, əlbəttə ki, bir qədər yüksək qiymətləndirildiyi aydındır.

Musa özünə daha çox güvənməlidir. Hücumçu üçün özünəinam qol vurmaqla əlaqələnir. Çox güman ki, meydana çıxmaqla Musanın özünəinamı artacaq. Futbolçularda həmişə belə dövrlər olur. Bu, hətta Yurgen Klinsmannın da başına gəlib”.

Qeyd edək ki, Musa Qurbanlı ötən ilin yayında “Yurqorden”ə keçib. O, bu il keçirilən 5 kubok matçının cəmi 2-sində meydana çıxıb və hər birində 18 dəqiqə oynayıb.

COMMENTS