Həbsxanada əməliyyat: Ana həbsdə olan oğluna görə qanunu pozdu

Həbsxanada əməliyyat: Ana həbsdə olan oğluna görə qanunu pozdu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik) maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Qafarov Namiq Alim oğluna anası Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan yeməyin içərisində gizlədilən bükülülərdə 0,785 qram narkotik maddə – heroin və 0,206 qram psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

 

COMMENTS