Həbsxanadan Nizaməddin Quliyevə “şanlı” məktub

Ötən ilin martında həbs olunmuş tanınmış iş adamı Müqayis Verdiyev növbəti dəfə Goranboyun icra başçısı Nizaməddin Quliyevə ünvanlanmış məktub göndərib. Sahibkar məktubda haqsız yerə həbs olunduğunu, ona böhtan atıldığını və istintaq işinin ədalətsiz şəkildə aparıldığını bildirir:

 

Köhnə dostum, təzə düşmənim Nizaməddin Quliyevə həbsxanadan

AÇIQ MƏKTUB

Hörmətli köhnə dost!

Hörmətli təzə düşmən !

Hörmətli Nizaməddin Müəllim !

Sizə bu açıq məktubu müqəddəs dini ayımız, islamı əxlaqi

dəyərlərimizin şəhadətlik, yəni şəhidlik tariximizin bütün insanlığı

Allah yolunda bir araya gətirdiyi Aşura Mərasimində ünvanlayıram.

Odur ki, müqəddəs səmavi kitabımız «Qurani-Kərimin» 6-cı-əl-duam («Mal-qara») surəsindən bir neçə vacib ayəsini nəzərinizə çatdırmaqla fıkrimə başlayıram.

Həmin surənin 120-ci ayəsində deyilir : » Günahın aşkarından da, gizlisindən də əl çəkin ! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.»

«Qurani-Kəriм’in «Yusif’ surəsinin 18-ci ayəsində deyilir.

«Qardaşları onun köynəyinə qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmışdir. Mənə gözəl səbr gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır.»

Mən bu ayələrdən məqsədli şəkildə sitat gətirdim. Çünki yer üzərindəki canlıların bütün törətdikləri gunahların, cinayətlərin ən şiddətli cəzasını axırda Allah verəcəkdir.

Müdriklərin heç zaman unudulmayan bir kəlamı var: İrəli getmək üçün tez-tez geriyə dönün, yoxsa haradan çıxdığınızı və haraya gedəcəyinizi unudarsınız, bundan başınıza böyük fəlakət gələr, fənəri arxasında gəzdirən öz yoluna kölgə salır.»

Ərəblərin də bir müdrik kəlamını köhнə dostumun, təzə düşməniminnəzərinə çatdırmaq istəyirəm: «Məsləhəti böyüklə də et, kiçiklə də, amma son qənaətə öz ağlınla gəl»

Bir deyim də var ki, orada deyilənlər mənim üçün və sizin üçün çox vacibdir: «Şirniyatlardan ən gözəli dil şirinliyidir.Şirindil insanları valeh edir və bir-birinə dost edir.

Burada bizim yaxın keçmişimizin şahidlik etdiyi, hamının, hər kəsin güvəndiyi dostluğumuz yadıma düşdü. Gəmi sükana tabe olmadıqda sualtı qayalara tabe olur. Bizim dostluğumuzun sükanı ürəklərimizin döyüntüsü idi. Siz o sükanı axıra kimi saxlaya bilmədiniz, beləcə dostluq gəmisinin qayalara çırpılmaşına ləzzətlə tamaşa etdiniz. Ona görə ki, şan-şöhrət, vəzifə, varlanmaq hərisliyi sizi hədəqədən çıxardı, bütün münasibətləri bada verməyə münbit şərait yarandı. Bir daha isbatladınız ki, dəyişkən zamanın, dövranın adamısınız. Küləyin xarakterik cizgilərini öz xarakterinizə qoşdunuz. Başladınız hər tərəfə əsməyə. İnsan öz təbiəti etibarı ilə ona yaltaqlanana həmişə təkəbbürlə baxır, əksinə onun qarşısında boyun əyməyənə hörmətlə yanaşır. Bu sözləri yazarkən elə güman etməyin ki, mən keçmiş dostluğu yada salıb, məni şər-böhtanla həbsxanaya saldıran köhnə dostdan, təzə düşməndən mərhəmət umuram. Siz özünüz də yaxşı bilirsiniz ki, mən Müqayis Verdiyev əyilməz, yenilməz adamam, dosta dostam, düşmənə düşmən. Respublikanın bir çox adlı-sanlı məmurları, iş adamları və eyni zamanda Sizin də, mənim də həmyerlimiz olan Goranboylular yaxşı bilirlər ki, bizim aramızdan su keçmirdi, təmiz, halal çörək kəsirdik. Bir- birimizin sözü iki ola bilməzdi. Bu münasibətləri kim nəfsinə qurban verdi, duz-çörəyi kim ayaqladı?! Yeri gəldikdə bir-birimizə Murov dağı boyda sədaqət göstərməyə hazır idik. Həmin sədaqət dağını siz Nizamaddin Quliyev parça-parça etdiniz. Səbəbi isə hamıya çox yaxşı bəllidir. İnsanı vəzifə böyüdüb şərəfli edə bilməz, yalnız şəxsiyyətin şərəfli olduğuna görə vəzifəsi də böyük və şərəfli ola bilər. Sizə, ebdiyiniz pisliklərdən ən ağır çəkilisini xatırlatmaq istəyirəm. Dünyada ananın müqəddəsliyini təyin edəcək bir ölçü, etalon hələ yaranmayıb. Bəli, o anadan söhbəti açıram ki, O, Müqayis Verdiyevin müqəddəs anasıydı, sənin dostunun anasıydı. Sən onun süfrəyə qoyduğu çörəyi təam etmışdin, qarşısında diz çökmüşdün. Anam dünyasını dəyişdiyi gün Sizin cılızlığınız, insanlığa, dostluğa qənim kəsilməyiniz ortaya cıxdı. Siz mənə vandal münasibət göstərərək, səlahiyyət fürsətindən yararlanaraq anamın dəfn mərasimini keçirməyə belə imkan vermədiniz. Halbuki sevimli Prezidentimiz İlham Əliyev cənabları yüksək mərhəmət, insanpərvərlik nümayiş etdirərək, hətta vətən xainlərini, böyük miqyaslı cinayət törətmiş caniləri, anasının, atasının, yaxın əzizinin yas mərasiminə buraxır. Bu hiss həm də Azərbaycan xalqının minillik tarixə malik milli mentalitetinin tərkib hissəsidir. Mən Vətən xaini deyildim, adam öidürməmişdim, ev yıxmamışdım. Onda hansı səbəbdən bu oyunları çıxarırdınız? Anamdanmı, onun oğlundanmı hayıf alırdınız? Əgər belə idisə, aramızda kök salmış hansı düşmənçiliyin qisası idi ki, məni şantaj edib tutdurmaq azmış kimi, üstəlik 15 polis nəfərinin nəzarəti altında yalnız qəbirstanlığa kimi gedə bildim. Hansı oğul bu düşmənçiliyi unuda bilər? Sizin bu hərəkətiniz bütün Goranboy sakinlərində Sizə dərin nifrət yaratdı. Diqqətinizə çatdırıram ki, köhnə dostluğumuz təzə düşmənçiliklə elə asan, elə rahat əvəz olundu ki, heç yerli dibli olmayan ruhunuz da incimədi. Köhnə dost, təzə düşmən, Nizaməddin Quliyev, yadınızda yaxşı saxlayın, bu kəlamlar bir zaman sizin özünüzə gərək olacaq. Bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin bütün xalqı daim aldatmaq olmaz. Siz elə zənn etməyin ki, mənə tələ qurmaqla qanunları da, qanun keşikçilərini də, məni tanıyanları da aldatmısınız. Siz özünüzü aldatmısınız. iyirmi qəbahəti bağışlamaq olar, bir yalanı isə heçvaxt bağışlamaq olmaz. Cünki sizin yalanlarmızın peyki hiyləgərlikdir, məkrdir. Əgər o həqiqət həqiqətdirsə özünü müdafiə edəcək. Vay sizin halınıza. Pul toplamaq hərisliyi insanı pulun sahibinə deyil, əsirinə çevirir! Kisəni həddindən artıq doldurmaq onun yırtılması ilə nəticələnir. Bəli, cənab köhnə dost, təzə düşmən nəfs üçkünclü bir tikandır, hansı səmtə qoysan, o sənə batacaqdır. Sizə olan iradlarımı, sizin günahlarınızı bəyan etdiyim üçün çox rahat nəfəs alaraq son sözümü Ə. Xəqaninin misraları ilə bitirirəm:

Aldatmasın bu fələyin küpündəki boya səni,

Yas paltarı geyən gözəl dəvət etməz toya səni!

Hörmətlə :Köhnə dost, təzə düşmən Müqayis Verdiyev

COMMENTS