Həccə gedənləri İŞİD-çi adı ilə həbs etdilər

Dosye.org “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, İraq təhlükəsizlik orqanları Ərbildən Səudiyyə Ərəbistanının paytaxtı Ciddəyə gedən hacıların təyyarəsini Bağdadda enməyə məcbur edib.

 

Buna səbəb isə İŞİD-çilərin bu təyyarədə uçması barədə İraq kəşfiyyatına verilən məlumat olub. Təyyarə endikdən sonra İraq xüsusi xidmət orqanları təyyarəyə daxil olaraq bir neçə nəfəri həbs edib. İraq hökumətindən bu barədə əlavə məlumat verilməsə də, yaxalanan şəxslərin bir neçə ay öncə Spayker Hərbi Akedemiyasında 1700 şiə tələbənin qətliamında əli olduğu bildirilir.

İraq Kürdüstanı rəsmilərindən olan Mərivan Nəqşbəndi təyyarədə, hazırda İŞİD-in əlində olan Əl-Şərqat və Tikrit şəhərlərindən də hacıların olduğunu təsdiqləyib.

COMMENTS