Hələbdə hərbi aerodrom atəşə tutuldu

Hələbdə hərbi aerodrom atəşə tutuldu

Suriyanın Hələb şəhərində hərbi aerodromun yerləşdiyi Neyrab qəsəbəsinin artilleriya atəşinə tutulması nəticəsində 6 nəfər ölüb.

RİA “Novosti” xəbər verir ki, bu barədə yerli “Ikhbariya” dövlət telekanalı məlumat yayıb.

“Terror qruplaşmaları tərəfindən Neyrab düşərgəsinə edilən artilleriya hücumu nəticəsində 6 nəfər ölüb”, – deyə məlumatda bildirilir.

Suriya ordusu mayın 6-da başlayan hərbi əməliyyat zamanı Həma əyalətinin şimalında yerləşən bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Kalat əl-Mudik və Kafr-Nabuda kimi mühüm strateji yaşayış məntəqələrini ələ keçirib.

DOSYE.ORG

COMMENTS