Hərəkətə keçməyə hazırıq – İsrailin baş naziri

Hərəkətə keçməyə hazırıq – İsrailin baş naziri

İsrailin baş naziri Lapid keçirdiyi mətbuat konfransında İranın nüvə proqramı ilə bağlı müzakirə edilən beynəlxalq razılaşmadan danışıb.

DOSYE.ORG-ın xarici mediaya istinadən məlumatına görə, Lapid, İranın nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanan razılaşmanı da “təsdiq etmədiklərini”, lakin bugünkü razılaşmanın “daha böyük təhlükələr” olduğunu bildirib və əlavə edib:

“Biz amerikalılara dedik: “Prezident Baydenin istədiyi bu deyil. Bu, Baydenin Qüds səfəri zamanı verdiyi vəd, imzaladığı bəyanat deyildi”.

Lapid, İranın nüvə proqramına etiraz edən ölkələrlə danışıqların daha yaxşı olacağını ifadə edərək, “İranın ballistik raket proqramı və Yaxın Şərqdəki terror fəaliyyətlərinə diqqət yetirəcək daha uzunmüddətli, daha sərt nəzarət mexanizmləri” tələb etdiklərini bildirib.

O, öz təhlükəsizliklərini qorumaq üçün hərəkətə keçməyə hazır olduqlarını söylədi.

COMMENTS