“Həsən Əliyevin məhkəməsində zərərçəkənə təzyiq olunur”

“Həsən Əliyevin məhkəməsində zərərçəkənə təzyiq olunur”

gen.jpg

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş hakim Həsən Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Zərərçəkən iş adamı Ramazan Səlimovun vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hüquqlarını qoruduğu şəxs təqsirləndirilən tərəf Həsən Əliyevin vəkili Sadiq Rəsulovun suallarını cavablandırıb.

Vəkil onun 1 milyon pulu necə əldə etməsi ilə bağlı sual ünvanlayıb. Səlimov isə həmin vəsaiti satdığı torpaq sahəsindən əldə etdiyini deyib.

İradə Cavadovanın sözlərinə görə, təqsirləndirilən tərəf məhkəməyə sübut olaraq 2005-ci ildə R.Səlimovun torpaq sahəsi satması və oradan gələn gəlirin 40 min manat olmasına dair sənəd təqdim edib.

İradə Cavadova isə bildirib ki, müdafiə etdiyi şəxs 2005-ci ildən sonra da bir neçə bağ evi satıb.

Vəkilin sözlərinə görə, R.Səlimov zərərçəkən şəxs kimi tanınsa da proses boyu ona mahiyyətdən uzaq suallar ünvanlanıb.

Belə ki, Səlimov həyat yoldaşının iş yeri, maaşı, 1998-ci ildə yaşadığı hansısa qarşıdurma, 1 milyonu haradan əldə etməsi ilə bağlı suallara cavab verməli olub. İ.Cavadova müdafiə etdiyi şəxsin 4 saat ayaqüstə suallara cavab vermək məcburiyyətində qaldığını qeyd edib.

O, bütün bu halları təzyiq vasitəsi hesab etdiyini bildirib.

Növbəti proses noyabrın 17 və 18-ə təyin edilib.

Qeyd edək ki, keçmiş hakim Həsən Əliyev iş adamını aldadaraq aldığı 600 min manat pulu mənimsəməkdə təqsirli bilinir.

COMMENTS