“Həyat yoldaşımla səhhətimiz yaxşıdır” – Koronavirusa yoluxmuş Xatirə

“Həyat yoldaşımla səhhətimiz yaxşıdır” – Koronavirusa yoluxmuş Xatirə

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin koronovirus infeksiyasına yoluxub.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkədə özünün və həyat yoldaşının səhhəti haqqında yazıb. Xatirə bildirib ki, artıq hər ikisi özünü yaxşı hiss edir:

“Bizə görə narahat olan, zəng edən dostlarım, yaxınlarım, yaxşı ki, varsınız. Belə bir gündə məni bir saniyə belə tək qoymadınız”.

Qeyd edək ki, müğənninin həyat yoldaşının səhhətinin ağır olduğu deyilirdi.

DOSYE.ORG

COMMENTS