Rusiya DİN-in Cinayət Axtarışı Baş İdarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiya əməkdaşlarının həyata keçirdikləri səs-küylü həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq.
Xatırladaq ki, Moskvanın “Ağ Ev”i xatırladan restoranında “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətldə hallanır. İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət törədib.
Virtualaz.org-un məlumatına görə, Rusiya İstintaq İdarəsinin Moskva bürosunun rəsmi nümayəndəsi Yuliya İvanova“Moskovskiy komsomolets”ə (“MK”) bildirib ki, “Beyləqanski”yə qarşı qətl, qətlə cəhd və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin (“Danabaş” ləqəbli) öldürülməsində təqsirli bilinir.
Aslan Usoyanın (“Ded Xasan”) yaxın adamı və “Staraya kibitka” restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanı güllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb).
Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanıb, ancaq əsas “namizəd” kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Canıyev göstərilib.
O, uzun müddət Moskvadakı Azərbaycan diasporuna nəzarət edib və dünyadakı kriminal aləmdə yeri ilə bağlı “Ded Xasan”la mübarizə aparıb.
Dosye.org
COMMENTS