Hacı İbrahim Nehrəmli ölkədən qaçmaq istəyir?

Hacı İbrahim Nehrəmli ölkədən qaçmaq istəyir?

hac.jpg

“Avesta Konserni” MMC-nin prezidenti şirin vədlər verməklə kimi aldatmağa çalışır?

Hacı İbrahim Nehrəmli kimi tanınan “Avesta Konserni” MMC-nin prezidenti İbrahim İbrahimovun bu günə kimi çox şirin vədlər verib, çox yalanlar danışıb. Ancaq onun şirin vədlərinin heç biri reallamadığı kimi, yalanlarının üstü də tez açılıb. Azərbaycan Beynəlxalq Bankından götürüb qaytarmadığı üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan İbrahim İbrahimov azadlığa çıxdıqdan sonra cəmiyyəti cəmi 70 milyon manat kredit borcu olması haqqında yalanlarla aldatmağa çalışdı.

Ancaq “İnfoAZ.org” saytı onun bu yalanının üstünü açaraq İbrahim İbrahimovun yaxın adamlarının adlarına rəsmiləşdirdiyi kredit borcunun bank faizləri ilə birlikdə 600 milyon manat civarında olduğunu üzə çıxardı. Bu məlumatın üzə çıxmasındam sonra İbrahim İbrahimov məcbur qalıb, cəmi 70 milyon manat borcu olması haqqında əvvəlki yalanından imtina edərək 430 milyon manat borcu olmasını etiraf etdi. Ancaq bu da həqiqətin hamısı deyildi. Cəmiyyətə özünü Hacı kimi təqdim edən İbrahim İbrahimov bankdan götürdüyü kreditin 430 milyon manat olmasını təsdiqləs də, onun faizlərindən bir kəlmə də danışmadı.

“Avesta Konserni” MMC-nin prezidenti indi də Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq sərmayə cəlb edilməsi ilə bağlı müqavilə imzalaması haqqında məlumat yayaraq növbəti şirin vədini verib. İbrahim İbrahimov iddia edir ki, Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına ilin olaraq 3 milyard dollar vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq. İmzalanan müqavilənin əhəmiyyətini göstərmək üçün Hacı İbrahim Nehrəmli deyib ki, bu gün təkcə onun üçün deyil, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Əlbətdə, İbrahim İbrahimovun dediyi doğru olsaydı bu həqiqətən də əhəmiyyətli hadisə olardı.

İnfoAZ.org-un əldə etdyi məlumatlara görə, əslində onun bu şirin vədinin arxasında başqa planların dayanması ilə bağlı iddialar var. Ehtimal edilir ki, İbrahim İbrahimov bununla ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çalışır. Məlum olduğu kimi Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi “Avesta Konserni” MMC-nin prezidentinin də ölkədən çıxışı məhdudlaşdırılıb. İndi 3 milyard dollarlıq şirin vəd verməklə İbrahim İbrahimov ölkədən çıxmağa çalışır. Kredit oliqarxı bəyan etdi ki, bu sərmayənin cəlb edilməsi üçün o hökmən Honkonqa getməlidir. Honkonq səfərinin Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla imzaladığı müqavilədə şərt kimi göstərilməsini xüsusi vurğulayan İbrahim İbrahimovun ölkəni tərk etmək üçün can atdığı aydın hiss olunur.

Onun bu canfəşanlığı isə əbəs deyil. Belə ki, Azərbaycan Beynəlxalq Bankına olan və hər ay üstünə 40-50 milyon manat faiz gələn 600 milyon manat borcunu geri qaytarmağın mümkün olmadığını İbrahim İbraahimov yaxşı anlayır. Eyni zamanda işçilərinin əmək haqqı tələbindən bezən “Avesta Konserni”nin prezidenti indi borclu olduğu şirkətlərin pul tələbi ilə üzləşib. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, İbrahim İbrahovun borclu olduğu şirkətlərin bəziləri artıq məhkəməyə üz tutub. İbrahim İbrahimovun şirkətlərə borcu isə çox böyükdür. Məsələn, İbrahim İbrahimovun ölkənin ən böyük sement istehsalçısı Holcim (Azərbaycan) ASC-yə olan borcunun yanında kiçik rəqəmdir.

İbrahim İbrahimovun “Akkord Sement”ə borcu 383,934 manatdır. Əlbətdə İbrahim İbrahimov bu şirkətlərə olan borcu ödəməməyin mümkün olmadığının fərqindədir. Ancaq ödəmək imkanı da yoxdur. Holcim (Azərbaycan) ASC və Akkord kimi şirkətlər isə “Avesta Konserni” MMC-nin auditi Ağababa Süleymanov deyil ki, İbrahim İbrahimov borcunu verməkdən nümayişkarənə sürətdə imtina etsin. Bu şirkətlərə borcunu ödəməsə İbrahim İbrahimovun yolunun yenidən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən düşəcəyi şəksizdir. İbrahim İbrahimovun Almaniyanın “Wurth” şirkətinə olan borcu isə artıq məhkəmə araşdırması mövzusudur. Məlumata görə, bu məsələ Almaniyanın ölkəmizdəki səfirliyinin də diqqət mərkəzindədir. Yuxarıda adları qeyd olunan şirkətlərdən fərqli olaraq “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətin və çoxsaylı fiziki şəxslərin İbrahim İbrahimovdan borclarını ala biləcəklərinə böyük şübhə var. Çünki, bu borcların bəziləri bir ildən artıqdır ki mövcuddur və İbrahim İbrahimov onları vermək istəmir. Baxmayaraq ki, fəaliyyət sahələri yalnız ona məlum olan əcnəbi gözəlçələrinin pulunu vaxtlı-vaxtında ödəyib. Özünü Hacı hesab edən birinin sürdüyü lüks həyatdan imtina etmədiyi halda işçilərinin pulunu verməməsinə cəmiyyət qiymət verməlidir.

Avstraliyadan olan Esma Voloderin “Avesta Konserni” MMC-nin prezidentinə məktubu isə İbrahim İbrahimovu cəmiyyətin daha yaxşı tanımasına yardım edə bilər. Həmin məktubu əldə etmək ərəfəsindəyik və yaxın zamanlarda dərc edəcəyik.(İnfoaz)

Dosye.org

COMMENTS