Hacı İbrahimin Nehrəmlinin məhkum qardaşından XƏBƏR VAR

Hacı İbrahimin Nehrəmlinin məhkum qardaşından XƏBƏR VAR

İş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov vergiyə olan borcunun böyük hissəsini ödəyib.

DOSYE.ORG musavat.com-a istinadla xəbər verir ki, hazırda həbsdə olan Sahib İbrahimov rəhbəri olduğu “Galaxy Palace” MMC-nin vergiyə olan 1.5 milyona yaxın borcunun əsas hissəsini ödəyib.

Sahib İbrahimov bir neçə ay əvvəlki məhkəmə iclasında Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi 8+ mansard tipli binadan satılan mənzillərə görə yaranan 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manatını ödədiyini söyləmişdi.

Dövlət Vergi Xidmətinin rəsmi saytında yer alan məlumatdan məlum olur ki, hazırda Sahib İbrahimovun rəhbəri olduğu MMC-nin vergiyə 270 584 manat borcu qalır.

COMMENTS