
Musavat.com-un verdiyi məlumata görə, açılan saxta səhifə vasitəsilə onun adından paylaşımlar edilir.
Bu barədə aparıcı öz “İnstagram” səhifəsində məlumat paylaşıb. Aparıcı dostlarına səslənərək həmin səhifənin ona məxsus olmadığını, səhfəni “qara siyahı” ya salmağı xahiş edib:
“Əziz dostlarım, o mənim rəsmi səhifəm deyil. Ukraynanın Kiyev şəhərindən olan bir nəfər şəxs mənim adımdan səhifə açıb və hazırda da istifadə edir. Orada olan yazılar mənə məxsus deyil. Oraya nə mesaj yazın, nə də səhfəni bəyənin. Şərh yazmayın, səhfəni “qara siyahı” ya salın”.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl əməkdar artist Tahir İmanovun da adından saxta profil açılmışdı.
T.İmanov musavat.com-a açıqlamasında bildirib ki, heç zaman “Facebook” səhifəm olmayıb. Məşhur aktyor bunu edənləri şərəfsiz, simasız, tərbiyəsiz insanlar adlandırıb.
COMMENTS