Hacıbala Abutalıbovun 3 idarə rəisi həbs edildi

Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşıb.

Əvvəllər də məlumat verildiyi kimi, uzun müddətdir davam edən yoxlamalar nəticəsində ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb.

Vergilər Nazirliyindəki mənbə musavat.com-a bildirib ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin – “Bakılift-təmir”ə tabe olan “Baklift-1″, ”Bakılift-2″ və “Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri həbs edilib.

Yeri gəlmişkən, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında “Bakılift-təmir”in də adı var. Məlumata görə, “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi.

İstiqlal.az

COMMENTS