Hacıqabulda ağır qəza: 6 yaralı

Hacıqabulda ağır qəza: 6 yaralı

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Pirsaat kəndində qeydə alınıb. Belə ki, iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bunlar sürücü Füzuli rayon sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu, onun həmyerliləri 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Göyçay sakinləri- 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu və 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur.

Bir nəfərin isə vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Qeyd edək ki, xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

DOSYE.ORG

COMMENTS