Hacıqabulda keçmiş məhkum həbs edildi – Əməliyyat

Hacıqabulda keçmiş məhkum həbs edildi – Əməliyyat

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hacıqabul rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Taleh Atamalıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd bükümdə çəkisi 36 qram olan tiryək və 3 ədəd kibrit qutusunda qablaşdırılmış çəkisi 14 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırmalar davam etdirlir.

DOSYE.ORG

COMMENTS