Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü

Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” bildirir ki, hadisə Hacıqabul rayonu, Padarçöl kəndində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobus yolu keçmək istəyən naməlum piyadanı vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

DOSYE.ORG

COMMENTS