Hacıqabulda polisi maşın vurdu

Hacıqabulda polisi maşın vurdu

Hacıqabulda karantin rejimində xidmət aparan polis nəfərini avtomobil vurub.

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Karantin rejimində xidmət aparan polis nəfəri, 1997-ci il təvəllüdlü Mirzəli Mirzə Nofil oğlunu dayanma əmrinə tabe olmayan “Mercedes” markalı avtomobil vurub. Nəticədə xəsarət alan polis əməkdaşı Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə yerindən qaçan “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS