Hacıqabulda restoranda və nar bağında – Cinayət

Hacıqabulda restoranda və nar bağında – Cinayət

Hacıqabul rayonunda oğurluq olub.

​Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Ş.Zeynalov Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini F.Zeynalov saxlanılıb.

Bununla yanaşı rayon ərazisində vətəndaşa məxsus nar bağından oğuluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini D.Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini V.Şiralıyev saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS