Top.Mail.Ru

Haftara ağır zərbə: hərbi konvoyu vuruldu

Haftara ağır zərbə: hərbi konvoyu vuruldu

Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr Xəlifə Haftara aid hərbi konvoyu vurub.

Axar.az xəbər verir ki, bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.

Konvoyun tərkibində Birləşmiş Ərəb Əmirliklərinə məxsus 2 hərbi zirehli avtomobilin də olduğu bildirilib.

Hərbi konvoyun paytaxt Tripolinin cənubunda, Tərxunə və Bani Valid şəhərlərini birləşdirən yolda hərəkət edərkən vurulduğu qeyd edilib.

DOSYE.ORG

COMMENTS