Hakan Fidandan ŞOK XƏBƏRDARLIQ: Davam edəcəyik!

Hakan Fidandan ŞOK XƏBƏRDARLIQ: Davam edəcəyik!

“1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil və coğrafi cəhətdən suveren Fələstin dövləti qurulana qədər səylərimiz fasiləsiz davam edəcək”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

H. Fidan bildirib ki, Türkiyə işğal və haqsızlıqları dilə gətirməyə davam edəcək:

“Biz atəşkəs üçün təcili ehtiyac və humanitar yardımın çatdırılması ilə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Bu səylər 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və coğrafi cəhətdən suveren Fələstin dövləti qurulana qədər fasiləsiz davam edəcək. Bildiyiniz kimi, cəmi 2 gün əvvəl ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına icazə vermədi. Bu münasibət Fələstin xalqına qarşı ədalətsizlikdir. Biz beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa dəvət edirik”.

Nazir prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ilə bağlı da danışıb:

“Məqsədimiz regional sabitliyin, firavanlığın və inkişafın mümkün olduğu bir əlaqə trafikində iştirak etmək, əlaqələrimizə bu şəkildə rəsmiləşdirmə gətirmək və bölgədə asayiş və firavanlığı inkişaf etmək üçün əlimizdən gələni etməkdir. Prezidentimizin səfəri zamanı 20-dən çox müqavilənin həyata keçirilməsi və imzalanması ilə bağlı ilkin razılaşmaları artıq tamamladıq. İnşallah, sabah siyasi liderlərin orada olduqları müddətdə bu müqavilələr imzalanacaq”.

COMMENTS