Hakan Şükürdən Azərbaycana dəstək – Şəkil

Hakan Şükürdən Azərbaycana dəstək – Şəkil

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək nümayiş etdirib.

Qol.az xəbər verir ki, veteran futbolçu “Feysbuk” hesabında bunları qeyd edib:

“Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.

DOSYE.ORG

 

COMMENTS