Halına dastan yazılan Abşeron təhsili… – İTTİHAM VAR…

Halına dastan yazılan Abşeron təhsili… – İTTİHAM VAR…

Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə Yenixeber.org-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə…

***

Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9:00-dan axşam saat 18:00- a qədər hansı məqsədlə və hansı əsasla icarəyə verilib?

***

Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, məhz Gülnaz Kərimovanın “kuryer” deyə saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və hansı maraq əsasında?

***

Gülnaz Kərimova üçün heç bir imtahanda iştirak etməyən Şəhla Əliyeva kimdir? — direktor müavini, müllimə, yoxsa şəxsi üçün xörək bişirib qab- qaşığını yuyan xadiməçi?

***

Gülnaz Kərimovaya hansı nailiyyətlərinə görə, İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə olunur?

***

Gülnaz Kərimova özünün istirahət üçün məktəbi qeyri-qanuni olaraq beş günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili-xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda, məktəbdə 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi, yəni ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alırlar. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8:00-da başlayır və 13:50-də başa çatır. İkinci növbə dərs saatı 13:55-də başlayır və saat 19:40-da başa çatır. Məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir və bunun insan həyatı üçün nə qədər təhlükəli olması göz önünə gətirilməlidir. Əlavə edim ki, məktəbin beş günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlərin və texniki işçilərin heç biri rəsmi dövlət sənədi ilə tanış olmurlar və onlar həmən sənədlərə imza da atılmayıblar.

***

Məktəbə gəlməyən şagirdlərin qiyməti — rus bölməsi üçün 1500- 2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir. Əslində, belə bir halın varlığı biabırçılıqdır.

***

Davamı mütləq olacaq…

COMMENTS