Top.Mail.Ru

“Hamı “Neftçi” ilə oyunu gözləyir”

“Hamı “Neftçi” ilə oyunu gözləyir”

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK-in (Finlandiya) futbolçusu Lukas Linqman Azrbaycan təmsilçisi ilə keçirəcəkləri cavab oyunundan danışıb.

Qol.az hjk.fi-a istinadən xəbər verir ki, o, matça hazır olduqlarını deyib:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Bunu məşqlərdə də görürük. Hamı bu oyunu gözləyir. Matça hazırıq. Hər iki komanda üçün bərabər səviyyədə bir görüş gözlənilir. “Neftçi”nin təzyiq edəcəyi mövqeləri qapada biləcək güclü oyunçularımız var. Biz öz oyunumuzu oynayırıq. Komandamız güclü və kompaktdır. Yaxşı müdafiə olunuruq və hücumlar qururuq”.

Qeyd edək ki, bu gün keçiriləcək HİK – “Neftçi” görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

DOSYE.ORG

COMMENTS